Vilnüsdə yanğın səbəbindən binadan 70-dən çox insan təxliyə edilib
sizinxeber.az xəbər saytı

Vilnüsdə yanğın səbəbindən binadan 70-dən çox insan təxliyə edilib


Litvanın paytaxtı Vilnüsdə çoxmənzilli binada baş verən yanğın səbəbindən 70-dən çox insan təxliyə edilib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Xilasetmə Departamentinin nümayəndəsi Miroslav Gerasimoviç jurnalistlərə bildirib.

"Yanğın 12 mərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzildə baş verib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər 76 nəfəri təxliyə ediblər", - o bildirib.

Məlumata görə, doqquz nəfər tibbi yardıma müraciət edib. Altı yanğınsöndürmə briqadasının mübarizə apardığı yanğın söndürülüb.

Oxşar xəbərlər

Mahaçqalada beşmərtəbəli binada yanğın səbəbindən 60 nəfər təxliyə edilib
Seulda parlament binasında yanğın baş verib, 480 nəfər təxliyə edilib
Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - YENİLƏNİB-2
Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər