Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb
sizinxeber.az xəbər saytı

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb


Moskvanın Permskaya küçəsində yerləşən anbar kompleksində yanğın baş verib.

Sizinxeber.az "TASS" agetliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın artıq söndürülüb.

Qeyd olunub ki, binanın üst mərtəbələrindən ümumilikdə 33 nəfər təxliyə olunub.

30 kvadratmetr sahəni əhatə edən yanğının söndürülməsinə 20-dən çox mütəxəssis və 7 texnika cəlb olunub.

Oxşar xəbərlər

Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Tovuzda yaşayış binasında yanğın söndürülüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Moskva ətrafında baş verən yanğında üç nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər