“SpaceX”in raket hissələrinin düşməsi təhlükəsinə görə “Qantas” reysləri təxirə salır
sizinxeber.az xəbər saytı

“SpaceX”in raket hissələrinin düşməsi təhlükəsinə görə “Qantas” reysləri təxirə salır


Avstraliya aviaşirkəti “Qantas” ABŞ tənzimləyicisinin “SpaceX” raketlərinin hissələrinin Hind okeanının cənub hissəsində atmosferə daxil olması təhlükəsi barədə xəbərdarlığından sonra Cənubi Afrikaya reysləri təxirə salmağa məcbur olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Şirkət bildirib ki, son həftələrdə Sidney və Yohannesburq arasında bir neçə reysi uçuşdan az əvvəl ertələyib, çünki “SpaceX” raketlərinin hissələrinin atmosferə qayıtma vaxtları gec bildirişlə dəyişdirilib.

Şirkətin əməliyyat mərkəzinin rəhbəri Ben Holland bildirib ki, “Qantas” aviaəlaqələrin pozulmasını qabaqlamaq üçün belə olayların daha dəqiq proqnozlaşdırılması imkanını öyrənmək məqsədilə “SpaceX” ilə əlaqə saxlayıb.

Qeyd edək ki, “Qantas” 1950-ci illərin əvvəllərindən Hind okeanının cənub hissəsi üzərindən keçən marşrutlara xidmət göstərir və bu regionda fəaliyyət göstərən az sayda aviaşirkətlərdən biridir.

Oxşar xəbərlər

“SpaceX” daşıyıcı raketin yeddinci sınaq buraxılışını təxirə salıb
“SpaceX” ilk dəfə “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
“SpaceX” ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır
“SpaceX” Amerika kəşfiyyatı üçün peyklər daşıyan raketin buraxılışını həyata keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər