Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
sizinxeber.az xəbər saytı

Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb


NATO-ya hücum halında ABŞ-ın alyansa yardıma gələcəyi şübhəsizdir.

Axar.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

“ABŞ-ın nüvə çətirinin yox olacağını düşünmürəm”, - o bildirib.

Stubb bu məsələni ABŞ administrasiyası ilə müzakirə etdiyini qeyd edib.

Prezidentin sözlərinə görə, bu, sadəcə ABŞ qoşunlarının Avropadan çıxarılması məsələsi deyil, əksinə, müttəfiqlər arasında məsuliyyətin yenidən bölüşdürülməsidir.

"Nəticə etibarilə, kritik bir vəziyyət yarandıqda və ABŞ özünü, məsələn, Rusiyanın Finlandiya sərhədindən 100 kilometr aralıda yerləşdirilən taktiki nüvə silahlarından müdafiə etmək istədikdə, onun köməyə gələcəyinə bir an belə şübhə etmirəm", - o vurğulayıb.

Oxşar xəbərlər

Finlandiya Prezidenti: Rusiya yenidən hücum edərsə, Ukrayna avtomatik NATO-ya qəbul olunacaq
ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
NATO Trampı ciddi qəbul etməlidir - Stubb
Finlandiya Prezidenti: Ukraynadakı vəziyyət kritikdir, ancaq üç ay əvvəlkindən yaxşıdır
Aleksander Stubb: Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər