Finlandiya Prezidenti: Ukraynadakı vəziyyət kritikdir, ancaq üç ay əvvəlkindən yaxşıdır
Finlandiya Prezidenti Aleksander Stubb Ukraynadakı vəziyyətin kritik olduğunu, lakin bunun üç ay əvvəlkindən daha yaxşı olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Finlandiya Yayım Şirkətinə (Yle) müsahibəsində deyib.
O, “Prezidentlə bir saat” verilişində müvafiq açıqlama verib və dinləyicilərin suallarını cavablandırıb. Qeyd olunub ki, sualların əksəriyyəti Finlandiya ilə Rusiya arasında münasibətlər və Ukraynadakı müharibə ilə bağlı olub.
“Vəziyyət kritikdir, lakin Ukrayna üçün vəziyyət üç ay əvvəlkindən daha yaxşı görünür”, – Stubb bildirib.
Prezident qeyd edib ki, 2,5 ildən artıqdır ki, davam edən müharibənin sonunu proqnozlaşdırmaq çətindir. Bununla belə, o, sülh haqqında söhbətlərin başlamasını yüksək qiymətləndirib.
Oxşar xəbərlər
Stubb: Finlandiya Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyə hazır deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
