ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
sizinxeber.az xəbər saytı

ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib


Finlandiya Prezidenti Aleksandr Stubbla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Finlandiya lideri "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Prezidentlər telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.

“Prezident Trampın təyin etdiyi atəşkəs müddəti yaxınlaşır”, - Stubb vurğulayıb.

Stubb qeyd edib ki, Finlandiya dərhal atəşkəsə nail olmaq üçün bütün səyləri dəstəkləyir.

Liderlər buzqıran gəmilər üzrə əməkdaşlığı da müzakirə ediblər. Prezidentin sözlərinə görə, Finlandiya buzqıran gəmilərin sürətli və etibarlı tikintisi üçün lazımi bilik və təcrübəyə malikdir.

Oxşar xəbərlər

Tramp Finlandiya Prezidenti ilə buzqıranların alınmasını müzakirə edib
Finlandiya Prezidenti NATO Baş katibi ilə Rusiya Ukrayna münaqişəsini müzakirə edib
Finlandiya Prezidenti Trampa aprelin 20-ni Ukraynada atəşkəs tarixi olmasını təklif edib
Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub
Finlandiya Prezidenti: Rusiya yenidən hücum edərsə, Ukrayna avtomatik NATO-ya qəbul olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər