Kolumbiyada güclü partlayış: 14 ölü, 38 yaralı
sizinxeber.az xəbər saytı

Kolumbiyada güclü partlayış: 14 ölü, 38 yaralı


Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərindəki Panamerikan magistral yolundakı suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə salınıb.

Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

Şahidlərin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu bir vaxtda baş verib. Hücum zamanı yerli olaraq "çiva" kimi tanınan ənənəvi kənd avtobusu partlayışın gücündən yararsız hala düşüb.

Partlayışın gücü yaxınlıqdakı digər nəqliyyat vasitələrini məhv edib və yolda böyük bir tıxac yaranıb.

Oxşar xəbərlər

İdlibdə partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb – YENİLƏNİB-2
İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB
Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub
İstanbulda partlayış olub, yaralananlar var
Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər