İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB


Suriyanın İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, daha 116 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyinə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Onların arasında qadınlar və uşaqlar var.

Məlumata görə, bunlar ilkin məlumatlardır, ölənlərin sayı arta bilər. Xilasetmə briqadaları hadisə yerində işləyir.

Sursat anbarında baş verən partlayışın səbəbləri araşdırılır.

14:15

Suriyanın İdlib vilayətində partlayış baş verib.

Bu barədə “Report” “Al Arabiya”ya istinadən məlumat verir.

Partlayış Maarrat-Misrin bölgəsində baş verib. Məlumata görə, bir neçə nəfər həlak olub.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Oxşar xəbərlər

İdlibdə partlayış olub, ölənlər var
Hindistanda partlayış baş verib, yeddi nəfər ölüb
Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub
Hindistanda fabrikdə partlayış baş verib, 13 nəfər ölüb - YENİLƏNİB
Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər