Qazaxıstanda Konstitusiya referendumu keçirildi
10:18
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumu keçirilir.
Axar.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək.
Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb.
Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb.
Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.
***
Qazaxıstan ərazisində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb.
Respublika hüdudlarından kənarda bəzi məntəqələr vətəndaşları qəbul etməyə davam edir, onlardan sonuncusu - San-Fransiskoda (ABŞ) yerləşən məntəqə isə martın 16-sı səhərədək fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Qazaxıstanda Konstitusiya referendumu keçirilir
Qazaxıstanda yeni Konstitusiya üzrə referendum başlayıb – YENİLƏNİB
Qazaxıstanda keçirilən referendumda səsvermə başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
