sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Moskva ətrafında baş verən yanğında üç nəfər həlak olub
Moskva vilayətinin Molzino kəndində yerləşən fərdi evdə baş verən yanğın nəticəsində üç nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinə məlumat yayıb.
“Məlumat 05:12-də Mərkəzi İdarəetmə və Əlaqə Xidmətinin növbətçi dəstəsinə daxil olub. Yanğın Bogorodski şəhər dairəsinə daxil olan Molzino kəndində, Sovetskaya küçəsində yerləşən fərdi evdə baş verib”, – deyə qurumdan bildirilib.
Hadisə nəticəsində üç nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Yanğın söndürülüb, ümumi yanğın sahəsi 205 kvadratmetr təşkil edib.
Oxşar xəbərlər
Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Moskva vilayətində baş verən yanğında dörd nəfər ölüb
Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb
Moskva vilayətində baş verən yanğında ana ilə üç uşağı ölüb
Bakıda evdə partlayış olub, 5 nəfər xəsarət alıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













