Rusiya Milli Qvardiyasının generalı saxlanılıb
Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu saxlayıblar.
Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o “xüsusilə külli miqdarda dələduzluq”la bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Varentsovun Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilir. Hazırda onunla bağlı istintaq aparılır. Onun haqqında həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı qərar veriləcək.
Məlumata görə, istintaq general-mayorun həbsinə çalışacaq.
Qeyd edək ki, Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov bir ay əvvəl həbs edilib.
Oxşar xəbərlər
Rusiyada daha bir general saxlanılıb
Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib
Rusiya məhkəməsi azərbaycanlı keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb
Rusiyada general rüşvət almağa görə həbs edilib
Rusiya DİN-nin idarə rəisi Moskvada saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













