Rusiya DİN-nin idarə rəisi Moskvada saxlanılıb
Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 49 yaşlı Berejnoy Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq hesab edir ki, o, 2023-cü ildə polis binasında yarımçıq qalan təmir işlərinin qəbuluna göstəriş verib. Berejnoy həmçinin "Neptun 550" adlı xidmət gəmisini qeydiyyata almaqda, saxta sənədlərdən istifadə etməkdə və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
Berejnoy 2017-ci ildə idarə rəisi vəzifəsinə təyin edilib. O, çoxsaylı dövlət mükafatlarına, o cümlədən “İgidliyə görə” və "Şücaətə görə" ordeni və medalına layiq görülüb. Berejnoy 2024-cü ilin payızında idarə rəisi vəzifəsini tərk edib.
Oxşar xəbərlər
Rusiyalı general və köməkçisinin qətlinə görə Özbəkistan vətəndaşı saxlanılıb - YENİLƏNİB
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanılıb
Rusiya MN-in yüksək rütbəli əməkdaşlarına qarşı silsilə sui-qəsdin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
