Kreml Rusiya və Ukraynanın iştirakı ilə Ankarada gözlənilən danışıqlara dair xəbərləri şərh etməyib
Kreml Türkiyə mətbuatının Qara dənizdə təhlükəsizlik üzrə Rusiya və Ukraynanın iştirakı ilə aprelin 15-16-da Ankarada gözlənilən danışıqlara dair xəbərlərini şərh etməyib.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir şərh verə bilməyəcəyini söyləyib.
"Həmin türk mediasının nədən danışdığını tam başa düşə bilmirəm. Bunu burada təsdiqləyə bilmərəm", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti 15-16 aprel tarixlərində Ankarada Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələləri ilə bağlı iclas keçirəcəyini bildirib. Həmin iclasda xarici ölkələrin hərbi nümayəndələrinin iştirakının gözlənildiyini və Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspektinin müzakirə olunacağını açıqlayıb.
Oxşar xəbərlər
Ukrayna XİN Moskva və Kiyev arasında Ankarada danışıqların keçiriləcəyi ilə bağlı məlumatları təkzib edib - YENİLƏNİB
Rusiya və ABŞ Ər-Riyadda Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb
Kreml Baydenin Putini öldürtmək niyyəti ilə bağlı Taker Karlsonun sözlərini şərh edib
Kreml: Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır
Kreml: Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












