Peskov: Putin və Trampın görüşü gec-tez baş tutacaq
sizinxeber.az xəbər saytı

Peskov: Putin və Trampın görüşü gec-tez baş tutacaq


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında birbaşa görüş mütləq baş tutacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O deyib ki, lakin bu görüşün keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri aparılmalıdır. Peskov qeyd edib ki, hər iki lider bu görüşün keçirilməsinə siyasi iradə nümayiş etdiriblər və bu, ictimaiyyətə açıq şəkildə bəyan edilib.

Peskovun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri və Prezident Putinlə keçirdiyi görüş, liderlər arasında gələcəkdə baş tutacaq birbaşa görüşə doğru atılan əlavə bir addımdır. Bu görüşdə tərəflər Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Oxşar xəbərlər

Kreml: Putin Trampın nümayəndəsi Uitkoffla görüşəcək
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib
Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır
Kreml Putinlə Trampın xüsusi nümayəndəsinin görüşünün bəzi təfərrüatlarını açıqlayıb
Peskov Tramp prezidentlikdən getdikdən sonra Putinin onunla 7 dəfə zəngləşməsi iddialarını təkzib edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər