Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır
sizinxeber.az xəbər saytı

Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır


Moskva Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq istəyini alqışlayır, lakin hələlik görüş üçün konkret plan yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri arasında dialoq üçün ilkin şərtlər tələb olunmur, liderlərin qarşılıqlı istəyi lazımdır.

Peskov bildirib ki, Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır, bunun üçün ABŞ-nin siyasi iradəsi lazımdır.

Qeyd edək ki, Tramp Florida ştatında çıxışında Putinin onunla görüşmək istədiyini və bu görüşə hazırlıq getdiyini söyləyib.

Oxşar xəbərlər

Kreml: Putin Trampla təmaslara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Putinin onunla görüşmək istədiyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Trampla görüşməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər