Zərbə endirilməsinə qadağa qoyulan Rusiya və Ukrayna enerji obyektlərinin siyahısını açıqlanıb
Kreml zərbə endirilməsinə qadağa qoyulan Rusiya və Ukrayna enerji obyektlərinin siyahısını açıqlayıb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, siyahı Rusiya prezidenti administasiyasının saytında yerləşdirilib.
Siyahıda neft emalı zavodları, neft kəmərləri, qaz kəmərləri və anbar qurğuları, o cümlədən nasos stansiyaları, elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar və paylayıcılar daxil olmaqla elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu, atom elektrik stansiyaları və su elektrik bəndləri yer alıb.
Qeyd olunub ki, müvəqqəti moratorium 18 mart 2025-ci il tarixindən başlayaraq 30 gün müddətində qüvvədədir və qarşılıqlı razılaşma əsasında uzadıla bilər. Tərəflərdən biri qadağanı pozarsa, digər tərəf özünü ona riayət etmək öhdəliyindən azad hesab etmək hüququna malikdir.
Oxşar xəbərlər
Rusiya Çernobıl Atom Elektrik Stansiyasının sığınacağına PUA zərbəsi endirib - VİDEO
Ötən ay Azərbaycanda 2,5 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib
Yeni dövlət rüsumları müəyyənləşib
Moskva və Vaşinqton enerji obyektlərinə hücumları qadağan etmək üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər
Azərbaycanda ötən il yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













