Moskva və Vaşinqton enerji obyektlərinə hücumları qadağan etmək üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər
Moskva və Vaşinqton Rusiya və Ukraynadakı enerji obyektlərinə hücumları qadağan etmək üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunu ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Moskva və Vaşinqton tərəflərdən birinin riayət etmədiyi təqdirdə sazişin uzadılması və müqavilədən çıxmaq imkanı ilə 2025-ci il martın 18-dən etibarən 30 gün müddətinə Rusiya və Ukraynada enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulmasına dair iki ölkə prezidentləri arasında sazişlərin icrası üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.
Eyni zamanda Moskva və Vaşinqton Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsini təmin etmək barədə razılığa gəliblər.
Bu razılaşma gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin təşkili zamanı naviqasiya təhlükəsizliyinin təmin edilməsini və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasını əhatə edir.
Oxşar xəbərlər
Kreml Ər-Riyadda ABŞ ilə məsləhətləşmələrin yekunu ilə bağlı bəyanat yayıb
ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













