Azərbaycanda ötən il yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb
Azərbaycanda ötən il yaşıl elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st olub.
"Sizinxeber.az-Economics" xəbər verir ki, ötən il ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda (İES) 24 543,2 mln. kVt·st, Su Elektrik Stansiyalarda (SES) 3 011,0 mln. kVt·st, digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt·st artaraq 3 850,9 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,6 mln. kVt·st (İES-lərdə 22 322,9 mln. kVt·st, SES-lərdə 2 815,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 mln. kVt·st (İES-lərdə 253,4 mln. kVt·st, SES-lərdə 176,2 mln. kVt·st, GES-də 60,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 726,6 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 1 397,5 mln. kVt·st, idxalı isə 170,5 mln. kVt·st olub.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 466,4 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 mln. kVt·st, idxalı isə 10,6 mln. kVt·st təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı 2 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yaşıl enerjinin istehsalı kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan elektrik enerjisinin istehsalını cüzi azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












