Ötən ay Azərbaycanda 2,5 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib
Ötən ay Azərbaycanda 2 493,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə "APA-Economics"ə Energetika Nazirliyindən bildirilib.
Ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 224,9 mln. kVt·st, SES-lərdə 218,3 mln. kVt·st, digər mənbələr üzrə isə 50,2 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 2,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 96,4 mln. kVt·st artım qeydə alınıb.
Ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 232,6 mln. kVt·st (İES-lərdə 2 021,6 mln. kVt·st, SES-lərdə 211,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 32,0 mln. kVt·st (İES-lərdə 22,4 mln. kVt·st, SES-lərdə 6,4 mln. kVt·st, GES-də 3,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 2,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 226,8 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 157,4 mln. kVt·st, idxalı isə 11,2 mln. kVt·st olub.
Oxşar xəbərlər
Azərbaycanda ötən il yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı 2 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yaşıl enerjinin istehsalı kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan elektrik enerjisinin istehsalını cüzi azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












