Kreml: ABŞ-la Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları Putin şəxsən seçib
Rusiya və ABŞ arasında bazar ertəsi planlaşdırılan məsləhətləşmələrin iştirakçıları - Qriqori Karasin və Sergey Beseda çox təcrübəli danışıqçılardır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-la Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları şəxsən seçib.
"Bunlar bu cür işlərdə böyük təcrübəyə malik yüksək təcrübəli danışıqlarçılardır
Bu, Rusiya Federasiyasının prezidentinin seçimidir və onlar bu danışıqlarda Rusiyanı ən yaxşı şəkildə təmsil edəcəklər", Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorunun müşaviri Sergey Beseda başçılıq edəcək. Məsləhətləşmələrin mövzusu Ukrayna münaqişəsinin nizamlanması, eləcə də Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi olacaq.
Oxşar xəbərlər
Ukrayna ilə bağlı danışıqlar qrupunda Rusiyanı kimin təmsil edəcəyi məlum olub
Rusiya və ABŞ nümayəndələri martın 24-də Ər-Riyadda görüşəcək
Kreml Putin və Tramp arasında gözlənilən görüşün təfərrüatlarını açıqlamır
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Moskvanın Ukrayna ilə bağlı danışıqlar aparacaq namizədi hələ müəyyənləşməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













