Paşinyan: Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər
sizinxeber.az xəbər saytı

Paşinyan: Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər


Ermənistan vətəndaşları 90-cı illərdən başlayaraq region ölkələri ilə mövcud münaqişələrə görə ölkəni tərk ediblər.

Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

“90-cı illərin əvvəllərindən bəri müxtəlif - hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək daim miqrasiya haqqında danışırıq. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətrafla münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”, - o, Azərbaycan və Türkiyə ilə münasibətləri nəzərdə tutaraq bildirib.

Paşinyan həmçinin əlavə edib ki, “onun hökumətinin siyasəti sayəsində” “dövlətin qarşısında duran çağırışlar qismən həll olunur, lakin yeniləri meydana çıxır”.

Oxşar xəbərlər

Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Paşinyan: Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər
Paşinyan: “Ermənistan və Azərbaycan xəritələr məsələsində hələ razılığa gəlməyib”
Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər