Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası keçirilib - YENİLƏNİB
Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası keçirilib.
APA xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Toplantının iştirakçıları təşkilata üzv ölkələrdəki hərbi-siyasi vəziyyət, əməkdaşlığın nəticələri və perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
İclasda Böyük Vətən müharibəsində qələbənin 80 illiyinin keçirilməsinə hazırlıq məsələləri də gündəmdə olub.
Tərəflər KTMT-nin müzakirəsinə çıxarılan bəzi sənədlərin təsdiqlənməsi, eləcə də müttəfiqlik münasibətlərinin, xarici siyasətlə bağlı koordinasiyanın və Kollektiv Qüvvələrin potensialının möhkəmləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul edib.
Qeyd edək ki, Ermənistan tərəfi budəfəki görüşdə iştirak etmir
***
09:47
Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası başlayıb.
APA xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclasın gündəliyinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə qəbul olunacaq bəyanatın mətnləri də daxil olmaqla, ümumilikdə 15 məsələ daxil edilib.
Oxşar xəbərlər
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB XİN başçıları şurasının iclasında müzakirə ediləcək məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTMT-nin Baş katibi sabah İrəvana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












