Putin Rusiyanın hadisələrin istənilən inkişafına hazır olduğuna şübhə edənlərə xəbərdarlıq edib
Uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olmadan Rusiya ərazisinə zərbələr endirmək mümkün deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
O qeyd edib ki, Rusiya, özünü silahlarından Rusiya hədəflərinə qarşı istifadə etməyə icazə verən ölkələrin hədəflərinə qarşı silah istifadə etmək hüququna malik hesab edir.
Putin bildirib ki, hazırda Rusiyanın “Oreşnik” raketlərinə qarşı mübarizə aparacaq heç bir vasitə yoxdur.
Onun sözlərinə görə, mövcud raketdən müdafiə sistemləri, o cümlədən Avropadakı Amerika elementləri "Oreşnik" kimi raketləri ələ keçirə bilməyəcək.
“Oreşnik” raket sisteminin döyüş şəraitində sınaqları NATO ölkələrinin Rusiyaya qarşı aqressiv hərəkətlərinə cavab olaraq həyata keçirilir. Rusiya "Oreşnik" kimi sistemlərdən istifadə halında mülki şəxslərə əvvəlcədən xəbərdarlıq edəcək", - o bildirib.
Putin vurğulayıb ki Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır. “Cavab həmişə olacaq”, - deyə Rusiya prezidenti bildirib.
Putin Rusiyanın hadisələrin istənilən inkişafına hazır olduğuna şübhə edənlərə "Nahaq yerə" deyərək xəbərdarlıq edib.
Oxşar xəbərlər
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Dünyanın Rusiyaya ehtiyacı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












