Putin: Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir
Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrin təlimində çıxışında bildirib.
Onun sözlərinə görə, strateji nüvə çəkindirici qüvvələrin təlimi zamanı raket buraxılışları məşqi işləniləcək.
Putin vurğulayıb ki, Rusiya strateji çəkindirmə qüvvələrini təkmilləşdirməyə davam edəcək, bunun üçün ölkənin resurslar var: "Rusiyanın strateji çəkindirici qüvvələri raket hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Nüvə triadası Rusiyanın suverenliyi və təhlükəsizliyinin etibarlı qarantı olaraq qalır".
O, Rusiya silahlanma yarışına cəlb olunmağa hazırlaşmadığını da söyləyib.
Oxşar xəbərlər
Putin strateji nüvə qüvvələrinin məşqini keçirib
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Putin: Rusiya və Belarusa qarşı təcavüz halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır
Putin: MDB çərçivəsində əməkdaşlıq Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













