Dövlət Dumasının sədri: "Xarici agent"lərin dövlət orqanlarındakı işinə xitam veriləcək
sizinxeber.az xəbər saytı

Dövlət Dumasının sədri: "Xarici agent"lərin dövlət orqanlarındakı işinə xitam veriləcək


Rusiyada noyabrın 1-dən etibarən “Xarici Agentlərin Dövlət Reyestri” siyahısına daxil olan şəxslərin hakimiyyət orqanlarındakı işinə xitam veriləcək.

Sizinxeber.az-nın TASS-a istinadən xəbərinə görə, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, həmin tarixdən tətbiq olunacaq başqa məhdudiyyətləri də açıqlayıb. V. Volodinin sözlərinə əsasən, təhlükəsizliyin təminatı üçün “Roskomnadzor” abunəçilərinin sayı 10 min nəfəri keçən “YouTube” kanalları və bloqların siyahısını hazırlayacaq.

Noyabrın 7-dən başlayaraq miqrasiya qanunvericiliyinə edilən düzəlişlər də hüquqi qüvvəsini alacaq. Bu isə bilavasitə xarici ölkə vətəndaşlarının qeydiyyat proseduru ilə bağlıdır. Eyni gündə mühafizə və xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması üzrə qanunvericilik də sərtləşdiriləcək.

Rusiya Dövlət Dumasının qəbul etdiyi daha bir qanuna əsasən 21 noyabr tarixindən Rusiya vətəndaşlığını alıb müvafiq qaydada andiçmə prosedurundan keçməyən şəxslərin vətəndaşlığı ləğv olunacaq.

Oxşar xəbərlər

Rusiyada miqrantların həkim və müəllim peşələrində çalışması qadağan oluna bilər
Volodin Qərbi hədələyib
Kreml Kadırovun Süleyman Kerimovla münaqişəsini şərh etməyəcəklərini bildirib
Polad Bülbüloğlu Zatulinin təxribatçı videomüraciəti ilə bağlı Rusiya Dumasının sədrinə məktub göndərib
Rusiya səfiri: “3+3” platformasına üzv ölkələrin XİN başçıları ilə görüşün tarixi razılaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər