Rusiyada miqrantların həkim və müəllim peşələrində çalışması qadağan oluna bilər
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin həkim və müəllimlərin əcnəbilərə yaşayış icazəsi almaq üçün peşələr siyahısından çıxarılmasına çağırıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Volodin Dumanın bu gün keçirilən plenar iclasında bildirib.
“Səhiyyə və təhsil sahələri əcnəbilərə Rusiya Federasiyasında sadələşdirilmiş qaydada yaşamaq icazəsi verilən peşələr siyahısından çıxarılmalıdır”, - deyə Dövlət Dumasının sədri qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Əmək Nazirliyi əcnəbilərə Rusiya Federasiyasında yaşamaq icazəsi verilən peşələrin siyahısını sadələşdirilmiş qaydada əsaslandırmalıdır.
Volodin Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə müvafiq komitəsinə əmək miqrasiyası çərçivəsində münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı Əmək Nazirliyinin mövqeyini tələb etməyi tapşırıb.
Oxşar xəbərlər
Volodin Qərbi hədələyib
Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib
Polad Bülbüloğlu Zatulinin təxribatçı videomüraciəti ilə bağlı Rusiya Dumasının sədrinə məktub göndərib
Rəsmi Moskva: “Şimal axını”nın partladılmasının arxasında Vaşinqton və şəxsən Bayden dayanır
Rusiyaya iş üçün gedən əcnəbilərə ailələrini özləri ilə gətirmək qadağan olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













