Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları BMT-nin qətnamələrinə söykənirdi
Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi.
APA xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan "Azadlıq" Radiosunun Erməni Xidmətinə müsahibəsində deyib.
Spiker həmçinin Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq ictimaiyyətdən lazımi reaksiya almadığını da qeyd edib:
"Buna səbəb həm də bizim tərəfdən legitim hüquqların mövcud olmaması ilə əlaqədar idi. Azərbaycan Qarabağda əməliyyatları BMT-nin 4 qətnaməsinə istinad edərək həyata keçirmişdi".
A. Simonyan eyni zamanda həm Ermənistan, həm də Azərbaycana düşmən olan ölkələrin sülh danışıqlarının dalana dirənməsini istədiyini açıqlayıb:
"Biz Ermənistan və Azərbaycan arasında sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Hər iki ölkəyə düşmən mövqedə olan dövlətlər məhz bunu istəyirlər" - A. Simonyan belə deyib.
Sonda Erməni spiker tərəflər arasında sülh müqaviləsinin imzalanmasının "3+3" formatı çərçivəsində reallaşması təklifinə də toxunub:
"Hesab edirəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Lakin başa düşmürəm ki, hazırda mövcud olan variantdan başqa üsul nəyə lazımdır".
Oxşar xəbərlər
Simonyan: Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib
Simonyan Ermənistanın KTMT-dən çıxacağını istisna etməyib
KİV: Simonyan qohumunu Parisə aparmaq üçün parlamentdə işə götürüb
Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib
Erməni spiker Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”ndən çıxarılmasına eyham vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













