Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
sen
2024
11:00
0
0
1 559
ff

Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib

09 sen, 2024
11:00
1 559

Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması lazımdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Alen Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib.

Bununla yanaşı, Ermənistan parlamentinin sədri üçün artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır.

Bizimlə əlaqə saxlayın

×
×