Rusiyada həbsdə olan Fransa vətəndaşının 3 il 3 ay azadlıqdan məhrum edilməsi istənilib
Rusiyada həbsdə olan Fransa vətəndaşı Loran Vinatyenin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı Vinateynin cəzasını koloniya rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Loran Vinatye bu ilin iyunun əvvəlində Moskva restoranlarından birində saxlanılıb. İstintaqın məlumatına görə, o, bir neçə il ərzində xarici agentlərin reyestrinə daxil olmaqdan yayınıb və lazımi sənədləri təqdim etməyib.
Rusiya FTX Vinatyenin İsveçrə Humanitar Dialoq Mərkəzinin əməkdaşı olduğunu, əslində bu təşkilatın əməkdaşlarının ölkədəki vəziyyətlə bağlı “həssas məlumatlar”ı topladıqlarını açıqlayıb.
Xatırladaq ki, Vinatyenin Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat toplamaqda günahını etiraf etdiyi bildirilib.
Oxşar xəbərlər
Sosial sığınacaqda rəfiqəsini bıçaqlayan qadına hökm oxunub
Alla Puqaçova valideynlik hüququndan məhrum edilə bilər
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
