

Sosial sığınacaqda rəfiqəsini bıçaqlayan qadına hökm oxunub
Sosial sığınacaqda rəfiqəsini bıçaqlamaqda ittiham olunan Xəzangül İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək Xəzangül İsmayılovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili isə məhkəmədən həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edib. Müşavirədən sonra hökm elan olunub. Xəzangül İsmayılova 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Hadisə ötən il iyun ayının 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial reabilitasiya Müəssisəsində qeydə alınıb.
Zərərçəkmiş qismində Alekseyevna Tatyana Georgiyevna tanınıb. İttihama görə, o, X.İsmayılovanın ünvanına təhqiramiz ifadə işlədib, buna görə X. İsmayılova mətbəxi bıcağı ilə rəfiqəsinə ağır xəsarət yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dələduzluqda ittiham olunan təşkilat sədri və digərlərinə cəza istənilib
İdmançı xalası oğlunu öldürməkdə ittiham olunan şəxsə 18 il cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
