Putin: Rusiya yeni dünya nizamının qurulması məsələlərini müzakirə etməyə açıqdır
Rusiya Federasiyası yeni dünya nizamının qurulması məsələlərini müzakirə etməyə açıqdır.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bunu Türkmənistan paytaxtı Aşqabadda keçirilən görkəmli türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülhün və inkişafın əsası” Beynəlxalq Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, bütün planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamının formalaşması dönməz xarakter daşıyır.
Putin vurğulayıb ki, qlobal sülh və inkişaf yalnız hər bir dövlətin və xalqın rəyi nəzərə alınmaqla, onların suverenliyinə hörmətlə təmin oluna bilər.
O, həmçinin qeyd edib ki, Rusiya beynəlxalq arenada bütün tərəfdaşları ilə yeni dünya nizamının parametrlərini müzakirə etməyə açıqdır.
Oxşar xəbərlər
Putin Türkmənistana səfər edib
Putin Çin xarici işlər naziri ilə görüşüb
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Rusiya Prezidenti oktyabrın 11-də Türkmənistana səfər edəcək
Putin: Bakıda prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













