Putin: Bakıda prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq
Azərbaycanla Rusiya arasında sənədlər imzalanacaq.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibli görüşdə bildirib.
O, geniştərkibli görüşdə Rusiya hökumətinin demək olar tam tərkibdə təmsil olunduğunu söyləyib.
Putin 10 gün bundan qabaq hökumətlərarası komissiyanın iclasının Bakıda keçirildiyini, komissiyanın iki ölkə arasında münasibətlərin inkişafını və əldə olunan razılıqların tam həcmdə icra olunduğunu qeyd etdiyini vurğulayıb.
"Belə geniş tərkibdə iş yaxın perspektivdə və gələcəkdə addımlarımızı müəyyən etməyə imkan verir. Biz məhdud tərkibli görüşdə prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq. Biz hələ müvafiq sənədləri imzalamalıyıq. Həmkarlarımızın, eləcə də bizim qeyri-formal şəraitdə dünən söhbət etmək imkanı olub. Bu gün də onlar öz aralarında danışa və yaxın perspektivdə addımları müəyyən edə biləcəklər", - Putin qeyd edib.
Oxşar xəbərlər
Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək əzmindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Bakı regionun vahəsinə çevrilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyevin Vladimir Putinlə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












