Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına münasibət bildirib
Ermənistan MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunan iki bəyanatın müzakirəsinə qatılsa da, sonradan bu sənədləri imzalamaqdan imtina edib.
APA-nın xəbərinə görə, bunu ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O bildirib ki, həmin bəyanatlar hazırlanarkən rəsmi İrəvanın təkliflərinin əksəriyyəti nəzərə alınıb.
Zaxarova həmçinin rəsmi İrəvanın sözügedən sənədləri imzalamamasının səbəbləri barədə suala qısa cavab verib: “Bu sualı onların özünə ünvanlayın”.
Qeyd edək ki, sözügedən qurumun son iclasında iştirak edən Ermənistanın nümayəndə heyəti “Avrasiya regionunda təhlükəsizliyin təmin olunmasının prinsipləri” və “Beynəlxalq Əlaqələrin qurulması zamanı təktərəfli tədbirlərin həyata keçirilməsi” barədə bəyanatları imzalamayıb.
Oxşar xəbərlər
Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik
Zaxarova: Rusiya AEBA-dan "Kursk" AES ilə bağlı obyektiv mövqe gözləyir
Zaxarova rəsmi İrəvanın ölkədə hakimiyyət çevrilişi ilə bağlı məlumatını istehza ilə şərh edib
Zaxarova: Rusiya ümid edir ki, Ermənistanla KTMT çərçivəsində tərəfdaşlıq tam bərpa olunacaq
Zaxarova: Rusiya ümid edir ki, KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












