Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik
sizinxeber.az xəbər saytı

Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik


Ermənistan oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qəbul edilmiş “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatın layihəsinin hazırlanmasında iştirak etsə də, sonradan sənədi imzalamayıb.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb.

"Mənə elə gəlir ki, o, niyə belə etdiyini sizə özü desə, daha yaxşı olar", - M.Zaxarova qeyd edib.

Oxşar xəbərlər

Ararat Mirzoyan MDB XİN Şurasının iclasında iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Zaxarova: XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün ilkin şərtdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda KTMT xarici işlər nazirlərinin görüşü keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Bakı və Moskva regional məsələlərin həllində fəal əməkdaşlıq edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər