Zaxarova: Rusiya AEBA-dan "Kursk" AES ilə bağlı obyektiv mövqe gözləyir
Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin “Kursk” Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı daha obyektiv mövqe sərgiləməsini gözləyir.
Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib ki, sözü gedən qurumun indiyədək bu istiqamətdəki açıqlamaları konkret məqsədlərə xidmət edib:
“Biz bu qurumdan daha obyektiv açıqlamalar gözləyirik. Söhbət təkcə bizim mövqeyimizi dəstəkləməkdən yox, faktı olduğu kimi etiraf etmək və stansiyanın təhlükəsizliyi üçün görülməli olan tədbirlərdən gedir. Bizim üçün əsas məsələ vəziyyətin fəlakət həddinə çatdırılmasına imkan verilməməsindən ibarətdir”.
Qeyd edək ki, bir qədər əvvəl AEBA-nın rəhbəri Rafael Qrossi həmin nüvə obyektinə səfəri zamanı oradakı vəziyyətin mürəkkəb olduğunu açıqlayıb.
Oxşar xəbərlər
AEBA missiyası Kursk AES-ə baş çəkəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rafael Qrossi Kursk AES-ə baxış keçirib, nüvə təhlükəsi olduğunu bildirib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rafael Qrossi Kursk AES-ə baxış keçirmək üçün Kurçatov şəhərinə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA-nın rəhbəri Kursk Atom Elektrik Stansiyasına getmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












