Rusiyada 13 yaşlı qız 2 və 5 yaşlı iki bacısını vəhşicəsinə qətlə yetirib
Rusiyanın Tolyatti şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, Tolyatti şəhərinin Liza Çaykina küçəsindəki mənzilin eyvanında boyun və bədənb nahiyəsində bıçaq xəsarətləri olan 2 və 5 yaşlı qızların meyitləri tapılıb.
İlkin məlumata görə, körpələr 13 yaşlı ögey bacıları tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Məlum olub ki, öldürülən körpələrin anası qızlara baxmaq üçün böyük qızını evdə qoyub. Qətldən sonra məktəbli parka gəzintiyə çıxıb və polis onu orada tapıb. O, telefonla anasına etdiyi cinayəti etiraf edib. Faktla bağlı Qəsdən iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xudatda ana azyaşlı övladına xəsarətlər yetirib
Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb
Göyçayda 17 yaşlı şəxs 26 yaşlı kişini öldürməkdə şübhəli bilinərək tutulub - YENİLƏNİB
Naxçıvanda özünü yandıran 62 yaşlı qadın ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













