Putinin köməkçisi: Baltikyanı ölkələr Rusiya ilə sərhəddə hərbi infrastruktur qururlar
Baltikyanı ölkələr artıq Rusiya ilə sərhəddə hərbi infrastruktur qurmağa başlayıblar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Nikolay Patruşev Kalininqrad vilayətində keçirilən müşavirədə deyib.
O, NATO-nun Baltikyanı ölkələrdə keçirdiyi hərbi təlimlərlə bağlı xəbərdarlıq da edib. Bildirib ki, bu təlimlər zamanı şimal alyansı Rusiyaya qarşı mübarizəni məşq edir.
“Baltikyanı regionda NATO ölkələri mütəmadi olaraq hərbi təlimlər keçirir və bu təlimlər zamanı Rusiyanın Baltikyanı ölkələrə hücumunun qarşısını almaq üçün ssenarilər məşq edirlər. Buna misal olaraq bu ilin yazında keçirilən NATO-nun “Dayanıqlı Müdafiəçi” manevrlərini göstərmək olar”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır
Peskov NATO rəhbərliyinin Putinin bəyanatlarını nəzərə almaq istəməməsini təhlükəli addım adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
