Ukrayna Kurskda əsir götürülən 103 hərbçini Rusiyaya qaytarıb
Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, proses Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub. Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də vaxtilə Kursk ərazisində əsir götürülüb 103 hərbçi Rusiyaya qaytarılıb.
Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.
Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb.
Oxşar xəbərlər
Rusiya ilə Ukrayna arasında 103 əsirin mübadiləsi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













