Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib


Krımın statusu məsələsi Moskva ilə Ankara arasında fikir ayrılıqları qalır, lakin Rusiya türkiyəli dostlarını öz mövqeyinin düzgünlüyünə inandırmaq üçün əlindən gələni edir.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya məxsus olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Bu mövzu türkiyəli dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir. Biz öz nöqteyi-nəzərimizi türkiyəli dostlarımıza və həmkarlarımıza izah etməyə davam etmək cəhdlərimizdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, bizim arqumentlərimizlə razılaşmağa imkan verəcək. Biz Türkiyə ilə münasibətlərimizi, tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ərdoğan sentyabrın 11-də Ukraynanın “Krım platforması” adlı təbliğat tədbirində videomüraciətlə çıxış edib. O, Ukraynanın Krım üzərində nəzarətini beynəlxalq hüququn tələbi adlandırıb.

Oxşar xəbərlər

Peskov: ABŞ Türkiyəyə açıq təzyiq göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Ukraynanın ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirəcəyini nəzərə alırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər