Lavrov: Rusiya, Türkiyə, Suriya və İran Ankara və Dəməşq münasibətlərini müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Lavrov: Rusiya, Türkiyə, Suriya və İran Ankara və Dəməşq münasibətlərini müzakirə edəcək


Rusiya, Türkiyə, Suriya və İran Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün bir araya gələcək.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT”də yayımlanan “Şərqə körpülər” proqramına müsahibəsində deyib.

Lavrovun sözlərinə görə, Suriya hökuməti hesab edir ki, Türkiyə kontingentinin ölkə ərazisindən çıxarılması prosedurunu dəqiq müəyyən etmək lazımdır, Ankara buna hazırdır, lakin konkret parametrlər hələ razılaşdırılmayıb.

“Türkiyə və Suriyanın hazırkı liderləri 2010-2011-ci ilə qədər, yəni ərəb baharı başlayana qədər çox isti şəxsi münasibətlərə malik idilər. Və hesab edirəm ki, bu məqam müsbət rol oynayacaq”, - nazir vurğulayıb.

Oxşar xəbərlər

Lavrov: Türkiyə qoşunlarını Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: "Yaxın Şərqdəki münaqişə müharibə yolu ilə həll edilməməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Suriya müdafiə nazirləri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Rusiya Suriyada birgə patrul xidmətini bərpa edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər