Ermənistanın sabiq müdafiə naziri David Tonoyan azadlığa buraxılıb - YENİLƏNİB
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Yerevan-Kentron istintaq təcridxanasını tərk edib.
APA xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bir müddət öncə məhkəmə keçmiş nazirin 37,5 min dollar girov müqabilində həbsdən azad edilməsinə dair qərar verib.
O, 2021-ci ilin sentyabrından həbsdə olub.
***
17:21
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sərbəst buraxılacaq.
APA xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya onun vəkili Albert Benqlyan məlumat verib.
O qeyd edib ki, sabiq nazir 3 il həbsdən sonra 15 milyon dram (37,5 min dollar) girov müqabilində sərbəst buraxılacaq.
Məhkəmə bu qərarı bir neçə dəqiqə əvvəl verib.
Xatırladaq ki, David Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur və 2021-ci ilin sentyabrında həbs edilib.
Oxşar xəbərlər
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan azadlığa buraxılacaq
Ermənistanın keçmiş müdafiə naziri girov müqabilində azadlığa buraxılacaq
Ermənistanda təcili yardım xidmətinin rəhbəri rüşvət almaqda ittiham olunur
Albaniyanın korrupsiyada ittiham olunan keçmiş Baş nazirinə ev dustaqlığı verilib
Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













