Albaniyanın korrupsiyada ittiham olunan keçmiş Baş nazirinə ev dustaqlığı verilib
Albaniyanın korrupsiyada ittiham olunan keçmiş prezidenti və baş naziri Sali Berişaya ev dustaqlığı verilməsi barədə məhkəmə qərar çıxarıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Genc Gjokutaj məhkəmənin qərarından sonra məlumat verib.
"Məhkəmə əvvəlki tədbiri dəyişdirərək ittiham tərəfinin vəsatətini qəbul edib və indi Berişa barəsində ölkəni tərk etməmək şərti ilə ona ev dustaqlığı qərarı verib", – Berişanın vəkili deyib.
Gjokutaj bildirib ki, Berişa hökmdən apellyasiya şikayəti verəcək.
Prokurorlar 79 yaşlı Berişanı 2005-2009-cu illərdə baş nazir olarkən öz nüfuzundan istifadə edərək dövlət torpağının özəlləşdirilməsində qızının ərinə üstünlük verməkdə ittiham edirlər. Keçmiş baş nazir prokurorluğun iddialarını rədd edərək, hazırkı baş nazir Edi Ramanı müxalifəti susdurmaq üçün ona qarşı siyasi hücumda ittiham edib.
Berişa hazırda Albaniyanın ən böyük müxalifət partiyası olan Demokratik Partiyasına rəhbərlik edir.
O, 1992-ci ildən 1997-ci ilə qədər prezident, 2005-2013-cü illərdə isə baş nazir vəzifələrində çalışıb.
2021-ci ildə ABŞ Berişa və onun ailəsinə sanksiya tətbiq edib. ABŞ Dövlət Departamenti onu baş nazir olarkən səlahiyyətlərini öz xeyrinə istifadə etmək, qohumlarını və siyasi müttəfiqlərini zənginləşdirməklə "korrupsiya aktlarında" əli olmaqda ittiham edib.
Oxşar xəbərlər
Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Belqoroda raket hücumu barədə Putinə məruzə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda baş verən qəzada piyada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












