Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
“Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə yanacaqla bağlı müəyyən çatışmazlıq var.
"Ümumilikdə kritik infrastruktura və xüsusən də enerji infrastrukturuna zərbələrə gəldikdə, infrastruktur obyektlərimizə edilən bu zərbələr, şübhəsiz ki, problemlər yaradır. Bu, göz qabağındadır. Hazırda müəyyən bir çatışmazlıq müşahidə edirik. Amma bu, kritik deyil. Həll etməli olduğumuz bir neçə məsələ var. Həmkarlarımla birlikdə bu barədə müzakirə apardıq. Birincisi, ən çox tələb olunan hava hücumundan müdafiə sistemlərinin istehsalını tez və əhəmiyyətli dərəcədə artırmaqdır. Düşmənin nədən istifadə etdiyini və Avropadan nə aldığını, məsələn, yeni texnologiyalara malik yeni pilotsuz uçuş aparatlarını nəzərə alaraq, onları döyüş əməliyyatlarının ehtiyaclarına uyğun olaraq daim təkmilləşdirməliyik. Əslində bütün bu müdafiə sistemlərimiz var. Məsələ budur ki, onların istehsalını nə qədər tez artırıb qoşunlara çatdıra və ya kritik infrastruktur obyektlərini qoruya bilərik. Normal təchizatı təmin etmək və bu müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün nə etmək lazım olduğu aydındır. Təmiri tez bir zamanda etməliyik. Lazımi idxal həcmlərini təmin etməliyik və artıq dediyim kimi, bu obyektləri etibarlı şəkildə qorumalıyıq", - Rusiya prezidenti qeyd edib.
Putin Krımın enerji təchizatı ilə bağlı yaranan problemdən da danışıb. Bildirib ki, Krımın enerji təchizatı ilə bağlı aylıq tələbat 70 min tondur.
"Krımda hazırda bir neçə günlük tədarük var, lakin tələbat ödəniləcək. Biz bu tədarükü həm quru, həm də dəniz yolu ilə artıracağıq. Əminəm ki, bu tapşırıq yerinə yetiriləcək", - Putin əlavə edib.
Oxşar xəbərlər
Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib
Putin: Həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması fikri yaxşı ideyadır
Putin Trampla danışıqdan sonra enerji obyektlərinə zərbə endirilməsini bir aylıq qadağan edib
Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb
Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində yaşayış məntəqələrini ələ keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
