Papoyan: Ermənistan və Azərbaycan şirkətləri müəyyən bir malın tədarükünü müzakirə edirlər
sizinxeber.az xəbər saytı

Papoyan: Ermənistan və Azərbaycan şirkətləri müəyyən bir malın tədarükünü müzakirə edirlər


Ermənistan və Azərbaycan iş adamları Ermənistandan Azərbaycana bir növ malın tədarükünün təşkili barədə danışıqlar aparırlar.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.

"Biz təklif etmişik. Hazırda konkret bir mal var (hansı ki, Ermənistandan Azərbaycana tədarük oluna bilər - red.) ki, onunla bağlı hər iki tərəfin biznes dairələri artıq danışıqlar və müzakirələr aparır", - nazir qeyd edib.

Bununla belə, Papoyan söhbətin məhz hansı maldan getdiyini dəqiqləşdirməyib.

Oxşar xəbərlər

Papoyan: İranla münaqişə uzanarsa, iqtisadiyyatımız ciddi zərər görəcək
Erməni nazir: Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmırıq
Ermənistanın iqtisadiyyat naziri: Azərbaycanla danışıqlar müsbət məcrada davam edir
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər