Papoyan: İranla münaqişə uzanarsa, iqtisadiyyatımız ciddi zərər görəcək
ABŞ və İsrailin İrana qarşı əməliyyatının davam etməsi Ermənistan iqtisadiyyatına uzunmüddətli mənfi təsir göstərə bilər.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan parlamentin iqtisadi məsələlər üzrə daimi komitəsinin iclasında bildirib.
Nazirin sözlərinə görə, artıq iqtisadi risklər müşahidə olunur. "İtkilər, şübhəsiz ki, davam edir - bəzi malların bahalaşması şəklində inflyasiya riskləri müşahidə edirik. Bundan başqa, Ermənistan bir sıra malların istehsalı üçün İrandan xammal alır və bu halda da inflyasiya riskləri yarana bilər", - o qeyd edib.
Papoyan İranla ticarət dövriyyəsinin əhəmiyyətli həcmini xatırladıb və münaqişənin uzanmasının ölkə iqtisadiyyatı üçün uzunmüddətli mənfi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb.
"Eyni zamanda, əgər biz yüksək vəzifəli siyasi xadimlərin bəyanatlarını əsas götürsək, münaqişənin yaxın gələcəkdə bitəcəyinə ümid yaranır. Düşünürəm ki, belə olan halda artıq böyük mənfi gözləntilərimiz olmamalıdır", - iqtisadiyyat naziri əmin edib.
Oxşar xəbərlər
Ermənistan Maliyyə Nazirliyi: Aİİ-dən çıxmağın ölkə üçün böyük riskləri ola bilər
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Erməni nazir: Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmırıq
Xarici Kəşfiyyat Xidməti: İran və Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatı üçün çağırışdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
