Meksika parlamenti xarici müdaxilə halında seçkilərin ləğvi ilə bağlı qanunu qəbul edib
sizinxeber.az xəbər saytı

Meksika parlamenti xarici müdaxilə halında seçkilərin ləğvi ilə bağlı qanunu qəbul edib


Meksika Deputatlar Palatası seçkilərə xarici müdaxilə olacağı təqdirdə nəticələrin etibarsız sayılmasını nəzərdə tutan konstitusiya islahatını qəbul edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə parlamentin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilib ki, konstitusiyanın 41-ci maddəsinə edilən dəyişikliklə seçkilərin etibarsız sayılması üçün yeni əsas əlavə olunub.

Səsvermənin nəticələrinə əsasən, təşəbbüsü 307 deputat dəstəkləyib, 128 deputat əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Qəbul edilən dəyişikliklərə görə, xarici aktorların, siyasi qüvvələrin və ya xarici maliyyələşmənin seçkilərin nəticələrinə təsiri sübuta yetirilərsə, seçkilər həm ayrı-ayrı məntəqələrdə, həm də ölkə üzrə ləğv oluna bilər.

“El Universal” qəzetinin məlumatına görə, layihənin müəllifi hakim partiyanın koordinatoru Rikardo Monrealdır.

Qəzet qeyd edir ki, islahat seçki institutlarına xarici təsir cəhdlərinə qarşı sərt reaksiya vermək və ölkənin milli suverenliyini qorumaq üçün əlavə səlahiyyətlər verir.

Oxşar xəbərlər

Meksikada xarici müdaxilə cəhdi olduqda seçkilər ləğv ediləcək
Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib
Fransa parlamenti hərbi xərclərin artırılmasını təsdiqləyib
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
TDT missiyasının rəhbəri: Seçkilər beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun şəkildə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər