Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və digər sabiq rəsmilərdən 670 milyon dramın geri qaytarılmasını tələb edir
Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryan və bir sıra sabiq yüksək vəzifəli şəxslərə qarşı iddia qaldırıb.
Sizinxeber.az-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, iddiaya əsasən, 2008-ci il prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı zorakılıq qurbanlarına və onların ailələrinə ödənilmiş 670 milyon dram məbləğində kompensasiyanın dövlətə geri qaytarılması tələb olunur.
Baş Prokurorluq 11 avqust 2025-ci ildə Antikorrupsiya Məhkəməsinə dövlət maraqlarının müdafiəsi tələbi ilə müraciət edib. İddiada Köçəryanla yanaşı, həmin dövrdə Təhlükəsizlik Şurasının katibi olmuş Armen Gevorqyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan və müdafiə nazirinin müavini Yuri Xaçaturovun da adı yer alır.
Prokurorluq məbləğin həmrəylik prinsipi ilə, yəni hər birindən bərabər şəkildə ödənilməsini tələb edir.
Məhkəmə işin icraata qəbul edilib-edilməməsi ilə bağlı hələ qərar verməyib.


width="220" alt="Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />