Zelenski: Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir
Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.
“Sizinxeber.az” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.
Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.
"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.
Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən kəsmək üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir
Zelenski: Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək
Ərdoğan: Zelenski ilə Rusiya-Ukrayna müharibəsini ədalətli sülh əsasında bitirmək səylərindən danışdıq
Zelenski: Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













