sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp, 14 iyun paradı zamanı etirazlar olacağı təqdirdə, güc tətbiq edəcəyi ilə hədələyib
ABŞ Prezidenti Donald Tramp, iyunun 14-də Amerika ordusunun yubileyi şərəfinə keçiriləcək hərbi parad zamanı etiraz aksiyaları olacağı təqdirdə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Etiraz etmək istəyən insanlar çox böyük güclə qarşılaşacaqlar”, – Tramp Ağ evdə jurnalistlərə bildirib.
O, etirazçıların ABŞ-ni nifrət edən insanlar olduğunu düşündüyünü əlavə edib.
May ayının əvvəlində ABŞ ordusu iyunun 14-də Vaşinqtonda özünün 250 illiyi şərəfinə hərbi parad keçirəcəyini bildirmişdi. Paradın keçirilmə tarixi Trampın ad günü ilə üst-üstə düşür, ona həmin tarixdə 79 yaş tamam olacaq.
Oxşar xəbərlər
Tramp administrasiyası iyunun 14-də hərbi parad keçirməyi planlaşdırır
ABŞ-də fəallar Trampın ad günündə mitinqlər keçirməyi planlaşdırırlar
Tramp: “Apple”, ”Samsung” və oxşar şirkətlərə qarşı rüsumlar iyunun sonunda tətbiq edilə bilər
Trampın ad günü ilə ABŞ ordusunun yubileyinə həsr olunmuş parada çəkiləcək xərc açıqlanıb
Tramp: Qrenlandiya mütləq Amerika olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













