sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pentaqon Los-Ancelesə 700 dəniz piyadası yeridir
ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbindən Kaliforniya ştatının Los-Anceles şəhərinə dəniz piyadaları korpusunun təxminən 700 hərbçisini göndərəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığının yaydığı bəyanatda deyilir.
Əmrə əsasən, dəniz piyadaları federal xidmət və departament əməkdaşlarının, həmçinin Los-Ancelesdə və onun ətraflarında dövlət əmlakının təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək.
Onlar Kaliforniya Milli Qvardiyası ilə qarşılıqlı əlaqədə olacaqlar.
Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra iğtişaşlar baş verib.
Oxşar xəbərlər
Heqset Los-Ancelesdə etirazların yatırılması üçün dəniz piyadalarının göndərilməsini mümkün hesab edib
Tramp: Los-Ancelesdəki iğtişaşların arxasında radikal solçular dayanır
Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır
ABŞ Ordusu Milli Qvardiyanın Los-Ancelesdə yerləşdirilməsini təsdiqləyib
KİV: Los-Anceles yanğınları 8 milyon insanı təhdid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













